Misli Premyer Liqasının XX turunda "Sumqayıt"la bu gün keçirilən oyundan sonra baş məşqçi Andrey Demçenkonun mətbuat konfransında səsləndirdiyi fikirlər: " Bu gün yaxşı oynadıq və vacib qələbə qazandıq. Çox istəkli idik, futbolcuların gözündə alov var idi, sona qədər mübarizə apardılar. Belə oyunlarda qələbə qazanmaq çox önəmli idi. Futbolçularda özünə inamı gördük. Ancaq öyrənməli olduğumuz məqamlar var. Oyuna görə futbolçulara təşəkkür etdim".
"Çox istəkli idik"
15-02-2026 00:00